Kateqoriyasız

“Çelsi” 5 futbolçusu ilə yolları ayırdı

İngiltərənin “Çelsi” klubu 5 futbolçusu ilə yolları ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, London klubunda qapıçılar Robert Qrin və Eduardu (son mövsümü icarə qaydasında “Vitess”də keçirib), müdafiəçi Qari Kehill, yarımmüdafiəçi Kayl Skott və hücumçu Qonsalo İquainlə əməkdaşlığa qon qoyulub.

Gedən futbolçulardan yalnız İquainin icarə müddəti başa çatıb. Bu səbəbdən argentinalı hücumçu müqavilə ilə məxsus olduğu “Yuventus”a qayıdıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43