“Milan”ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda komandanı tərk edəcək
İdmanxeber.az-ın məlumatına görə, klub artıq komandaya yeni baş məşqçi axtarır. Milan təmsilçisi çempion “İnter”dən 17 xal geridə ikici pillədədir.
Pioli 2019-cu ilin oktyabrından “Milan”ı çalışdırır. Onun müqaviləsi 2025-ci ilə qədərdir. 58 yaşlı italiyalının rəhbərliyi altında “qırmızı-qaralar” 2021/22 mövsümündə A Seriyasının qalibi olub.