Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçiriləcək “Qarabağ” – “Neftçi” cavab qarşılaşmasının biletləri satışa çıxarılır.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər oyun günü Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Sabah baş tutacaq görüş saat 20:00-da başlanacaq.
Ağdam klubu ilk matçda 4:0 hesablı qələbə qazanıb.