18 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz” və “Qarabağ” portuqaliyalı hücumçunu izləyir

Qazaxıstanın “Kayrat” klubunda çıxış edən portuqaliyalı hücumçu Jorjinyo karyerasını Azərbaycanda davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 28 yaşlı futbolçu ilə “Qarabağ”, “Turan Tovuz”, Yunanıstanın OFİ və Kiprin “Pafos” klubları maraqlanır.  Tərəflər arasında danışıqların davam etdiyi, futbolçunun isə yaxın günlərdə gələcək karyerası ilə bağlı yekun qərar verəcəyi bildirilir. 

Jorjinyo ötən mövsüm “Kayrat”ın heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 11 qol vurub, 6 assist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43