Ölkə futbolu

“Latsio”nun diqqətində olan azərbaycanlı futbolçu kimdir?

İtaliyanın “Peruca” klubunun akademiyasına olan azərbaycanlı futbolçu Toğrul Haqverdiyev böyük komandaların diqqətindədir.

Bu barədə İdmanxeber.az saytına “European Football Academy”nin  (EFA) rəhbəri Vüsal Mustafayev məlumat verib. O bildirib ki, “Latsio” və “Boloniya” klubları oyunçunu yaxından izləyir:

“İki klubun akademiyası da futbolçu ilə maraqlanır. “Boloniya” ilə artıq danışıqlara başlamışıq. Onunla yanaşı, “Peruca” akademiyasında olan digər azərbaycanlı futbolçular – Məsud Əlişanlı və Şahismayıl Cəfərov da D Seriyası klublarının diqqətindir. Biz isə uşaqların B Seriyasında çıxış etməsini istəyirik. “Salernitana” və “Siena” kimi komandalar artıq onlarla maraqlanır. Ümid edirik ki, hər şey futbolçularımız üçün yaxşı olacaq”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43