Kateqoriyasız

Millimiz 2 yoxlama oyunu keçirəcək – rəqiblər bəllidi


Azərbaycan milli komandası mart ayında iki beynəlxalq yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz martın 25-də Malta, martın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.

Hər iki oyun Maltada (National Stadium) keçiriləcək və müvafiq olaraq, yerli vaxtla saat 19:00 və 13:00-da (Bakı vaxtı ilə saat 22:00 və 16:00) başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43