04 İyun 2026
Ölkə futbolu

Millimiz İnkişaf Kubokunda iştirak edəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunacaq İnkişaf Kubokunda iştirak edəcək.

İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandaları ilə mübarizə aparacaq.

A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandaları çıxış edəcək.

Qrup mərhələsinin oyunlarından sonra, fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar.

Millinin oyunlarının təqvimi də bəlli olub. İlham Yadullayevin baş məşqçisi olduğu komanda fevralın 16-da Rusiya, 17-də İran, 19-da isə Qazaxıstanla üz-üzə gələcək.

16 fevral

16:10. Rusiya – Azərbaycan

17 fevral

12:00. Azərbaycan – İran

19 fevral

14:20. Qazaxıstan – Azərbaycan

Yığma yarışa hazırlıq məqsədilə fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışında iştirak edəcək.

S. Ad / Soyad Klub
1 Rauf Əyyubov Sabah FK
2 Elbrus Kərimov Marcet FU (İspaniya)
3 Murad Qurbanov Zirə FK
4 Amin Rzayev Qarabağ FK
5 Həzrət Səmədov Sabah PFK
6 Tunar Muradov Turan Tovuz PFK
7 Tuncay Əhmədov Marcet FU (İspaniya)
8 Fərid Cabbarlı Zirə FK
9 Nadir Nəsibli Marcet FU (İspaniya)
10 Muhamməd Çodarov Marcet FU (İspaniya)
11 İbrahim Xəlilov Sabah FK
12 Əli Qazibəyov Qarabağ FK
13 İmran Suleymanzadə Zirə FK
14 Ariz Kərimov Qəbələ FK
15 Abdulaziz Cabbarlı Qarabağ FK
16 Əhliman Süleymanzadə Zirə FK
17 Emil Usubov Zirə FK
18 Tunar Rzayev Marcet FU (İspaniya)
19 Əhməd Vəliyev Qarabağ FK
20 Əli İbrahim Qarabağ FK

Qeyd edək ki, İnkişaf Kuboku fevralın 14-dən 22-dək keçiriləcək. Oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43