Milli komanda

Millimiz Rusiya yığması ilə qarşılaşacaq

“Avro-2016″nın seçmə mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi bəlli olub.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, yığmamız bu il Braziliyada təşkil olunmuş dünya çempionatının iştirakçılarından olan Rusiya yığması ilə qarşılaşacaq.

Rusiya – Azərbaycan oyunu sentyabrın 3-də Moskva şəhərində keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43