Milli komanda

Millimizin baş məşqçisi və MK sədri Antalyada görüşüb

Türkiyənin Antalya şəhərində səfərdə olan Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov arasında görüş keçirilib.

Görüşdə ölkə klublarının məşq prosesləri, yoxlama oyunları, milli komandaya namizəd futbolçular barədə fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, hər iki mütəxəssis Topaz Premyer Liqası klublarının təlim-məşq prosesini və yoxlama oyunlarını izləmək məqsədilə Türkiyədə səfərdədirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43