Millimizin futbolçusu Mahir Emreli “CBC Sport”da yayımlanan “START” verilişinin qonağı olub.
İdmanxeber.az-ın məlumatına görə, Xorvatiya “Dinamo”sunda çıxış edən oyunçu yığmanın baş məşqçi postu barədə də danışıb. O, Rəşad Sadıqovun “yığmada millidən çıxan yerli mütəxəssis olmalıdır” fikrinə belə münasibət bildirib:
“Kimin gətiriləcəyi bizim işimiz deyil. Yerli və ya əcnəbi gətirilməsini demək doğru olmaz. Ancaq Rəşad müəllimin vurğuladığı məqamda özünə görə doğruları var. Mən də onunla razıyam. Millimizlə adıçəkilən heç bir əcnəbi baş məşqçi ilə bağlı fikir bildirmək istəmirəm. Çünki heç birini tanımıram.
Rəşad Sadıqov mənim həm kapitanım, həm də U-21 millidə məşqçim olub. Yerli futbolçuların psixologiyasını, mentaliteti bilir. Onun millidə olması bizim üçün xeyirli olar. Təbii ki, başqa uğurlu çıxış edən yerli məşqçilər də var. Ancaq mən Rəşad müəllimlə işləmişəm deyə, onu vurğulayıram. Bütün futbolçuların onunla tanışlığı, Sadıqova qarşı hörməti var”.