İdman

Morata “Real”dan ayrılmaq istəyir

Alvaro Morata “Real”ı tərk etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, ispan forvard yayda komandadan ayrılmaq fikrindədir. O, komandadakı hazırkı durumundan narazıdır. Start heyətindən kənarda qalan forvard artıq menecerinə onun üçün yeni komanda tapmağı tapşırıb.

Alvaro yalnız Zinəddin Zidanın baş məşqçi vəzifəsindən gedəcəyi halda, klubunu dəyişmək fikrindən daşına bilər.

Qeyd edək ki, yayda “Yuventus”dan “Real”a qayıdan Morata cari mövsüm bütün turnirlər nəzərə alınmaqla meydana çıxdığı 26 oyunda 9 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43