21 Dekabr 2024
Premyer Liqa

Mövsümün ilk avtoqolu

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə ilk avtoqol qeydə alınıb.  

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, II turun “Rəvan” – “Qarabağ” qarşılaşmasında (1:2) gerçəkləşib.

Mövsümün ilk uğursuzu paytaxt təmsilçisinin futbolçusu Yamin Ağakərimzadə olub. Ümumiyyətlə, 1992-ci ildən keçirilən Azərbaycan çempionatlarında 149-cu avtoqol qeydə alınıb.

Ağakərimzadə “Rəvan”ın tarixində Premyer Liqada öz qapısına qol vuran ilk oyunçu kimi düşüb. Paytaxt təmsilçisi futbolçusu avtoqol müəllifi olan 38-ci komandadır. AZAL (17), “Qarabağ” (14), “Neftçi” (12) və “Bakı” (11) daha çox avtoqola imza atıb.

Rəqibi avtoqol edən komandaların sayı 34-dür. “Qarabağ” 16-cı dəfə rəqib qolu sayəsində fərqlənməklə, “Neftçi”yə çatıb. “Bakı” 15, “İnter” 14 belə halla üzləşib.

Qeyd edək ki, Premyer Liqada oynamış 58 klubdan 44-nün oyununda avtoqol qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43