Ölkə futbolu

Mustafa Dənizli Azərbaycandadır

Xəbər verdiyimiz kimi "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli səhhətində yaranan problemlər səbəbindən Türkiyədə müalicə alırdı.

İdmanxeber.com-un məlumatına görə, qardaş ölkədə tibbi müayinədən keçən çalışdırıcı bu gün Azərbaycana qayıdıb. Mütəxəssis saat 17:00-da "Xəzər Lənkəran"ı məşqə çıxardacaq. Hazırlıq "Bayıl Arena" stadionunda baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43