Premyer Liqanın XVI turu çərçivəsində səfərdə “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” bu oyunun hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, Cənub klubunun yeni çalışdırıcısı Mustafa Dənizli əvəzedici heyətdən iki futbolçu çağırıb.
Bir müddətdir ki, əvəzedici heyətə göndərilən Uğur Pamuk və Kazım Kazımlı artıq əsas komandayla birgə məşqlərə başlayıb.