Ölkə futbolu

Mustafa Dənizli transfer etmək istədiyi futbolçuları müəyyənləşdirdi: “…bu həftə bitəcək” – MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin Türkiyə mətbuatına müsahibəsi

– Siz də qış fasiləsində təlim-məşq toplanışı üçün Antalyanı seçdiniz. Məşqləriniz necə gedir?

– Normal proqram çərçivəsində məşq edirik. Çempionatda təxminən 40 günlük fasilə yaranmışdı. Bu bizim üçün önəmli hazırlıq keçmək üçün yaxşı vaxdı. Qısa müddətdə istirahət etdik. Dolayısıyla, Türkiyədə kubokda mübarizə aparan klublarından artıq vaxtımız var. İndi daha çox fiziki çalışmalara üstünlük veririk. 10 gün sonra isə vəziyyət dəyişəcək və taktiki məşqlərə üstünlük verəcəyik.

– Transfer etmək istədiyiniz futbolçular var?

– Var. Mütləq transfer etməliyik. Heyətə qatacağımız bəzi futbolçuları müəyyənləşdirmişik. Amma transferlər sadəcə mənim istəyimlə olmur. Bəzi futbolçuların qiyməti klubun büdcəsinə uyğun gəlir, bəziləri yox. Onların arasında seçim edirik. Maksimum 3, minimum 2 transfer edəcəyik. Bunlardan ikisi böyük ehtimalla bu həftə bitəcək.

– Güvənc Kurtar da Azərbaycanda işləyəcək. Sizə rəqib olacağını deyib…

– Təbii ki, eyni çempionatda çıxış edən klublar 90 və 180 dəqiqə rəqib olurlar. Biz də rəqib olacağıq.

– Bu günlərdə bir açıqlama verərək Türkiyəni "qorxaqlar ölkəsi" adlandırmışdınız. Bu açıqlama böyük əks-səda verdi. Əslində nə demək istəmişdiniz?

– Türkiyədə karyera qorxusundan baş məşqçilər istədikləri oyunu oynada bilmirlər. Yəni o fikirləri konkret şəxsə söyləmədim. Fikirlərim mentalitetlə bağlı idi. Yəni baş məşqçilərin tez-tez dəyişməsi onların özünə inamını itirir. Qorxularla davam edən bir çalışma ortamı olur. Qovulmaq qorxusunu içində daşıyan baş məşqçi və ya futbolçunun uğur qazanmaq şansı yoxdu. Fikirlərim bununla bağlı idi. Mən meydandakı görüntüyə baxaraq danışmışdım.

– Milli komandanın baş məşqçisi Fatih terim Super Liqa, RTT 1-ci liqası və aşağı liqaların baş məşqçiləri ilə bir araya gəldi. Onun fikrincə, aşağı liqalardan milli komandaya oyunçu gələ bilər. Sizcə, belə bir nəticə olacaq?

– Təbii ki, belə oyunçular tapmaq olar. Burada görmək onları daha da həvəsləndirə bilər. Həmçinin futbolçu yerin 7-ci qatında olsa da, gedib tapmaq olar.

– Azərbaycandasınız və Super Liqanı izləyirsiniz. İlk yarı necə keçdi? Sizcə, çempionluğa əsas namizəd kimdi?

– Futbolda dəyişiklər işıq sürəti ilə baş verir. Bu həm yaxşı, həm də pis mənada olur. Yəni ikinci yarı başladıqdan sonra iddialar açıq şəkildə görünür. Hazırda ikinci hissəyə "Fənərbaxça"nın üstünlüklə çıxacağını deyə bilərik. Amma onlar fasilədən sonra əsas rəqibləri ilə səfərdə oynayacaqlar. Zaman nəyi göstərəcək, indidən bilmək olmaz. Allah heç bir futbolçuya zədə göstərməsin, amma meydana çıxan oyunçular bundan sığortalanmayıb. Hər şey qaydasında getsə, çempionluğa ən şanslı namizəd "Fənərbaxça"dı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43