"İlk növbədə "Rəvan" komandasının rəhbərliyinə təşəkkür edirəm ki, mənə yenidən etimad gösərib, komandaya dəvət etdilər. Baş məşqçi Ramil Əliyevə daim kömək etməyə hazıram. İşsiz günlərimə son qoyulmağına görə, Allaha şükür edirəm. Bugündən komandanın fiziki hazırlığına mən cavabdehəm".
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Rəvan"ın məşqçisi Müşviq Qənbərov deyib.
"Aslanlar"ın fiziki hazırlıq üzrə məşqçisi olan Qənbərov, daha sonra sölərinə belə davam edib:
"Rəvan"da slovakiyali Rastislav Svicki işləyəndə birinci gündən Bəhruz Şirəliyev (red-klubun vitse-prezidenti) mənə tapşırdı ki, təcrübəsindən yararlan və öyrən. Həmin Svicki öz ölkəsində hazırda məşqçisi olduğu "Koşiçe" ilə kubok qazandı. Bugündən çalışıb rəhbərliyin etimadını doğruldacam. "Rəvan" komandasında oynayanda bir kapitan kimi Premyer Liqaya vəsiqə qazanmışdıq. Ən böyük arzum məşqçi kimi də bu yükün altından üzüağ çıxmağımızdı".