Kateqoriyasız

Namiq Ələskərovun komandası “Qalatasaray”la qarşılaşacaq

Milli komandaların oyunları ilə əlaqədar Türkiyə birinci liqasında yaranmış fasilədən “Bursaspor” maksimum yararlanmağa çalışır.

İdmanxeber.az-ın məlumatına görə, millimizin üzvü Namiq Ələskərovun şərəfini qoruduğu Bursa təmsilçisi noyabrın 13-də “Qalatasaray”la yoxlama matçında qarşılaşacaq. Görüş saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Namiq bu matçda iştirak edə bilməyəcək. O, Lüksemburq və Qətərlə oyunlar üçün milliyə dəət alıb və hazırda Bakıdadı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43