Kateqoriyasız

“Oradakıların hamısına peşəkar demək olmaz” – Ramin Musayev

“Bu gün Azərbaycan kubokunun püşkatmasıdır. Bu münasibətlə klublarımızı təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib. O, Azərbaycan kubokunda 2021/22 mövsümünün püşkatma mərasiminə qatılıb. Musayev mərasimin açılışında bunları söyləyib:

“Düşünürəm ki, bu il ötən mövsümdəkindən daha maraqlı oyunlar olacaq. Çempionatın gedişindən belə qənaətə gəlirəm. Elə oyunlar izləyirik ki, o matçların nəticələri gözlənilməz olur. Bunun davamı inşallah, kubokda da gələcək. Ötən mövsüm “Keşlə”nin kuboku qazanması heç kimin ağlına gəlməzdi”.

Musayev final oyununun məkanının hələ müəyyənləşmədiyini də əlavə edib: “Mətbuatda yazırlar ki, bu oyun Şamaxıda olacaq. Hədəfimiz məkanından asılı olmayaraq, qarşılaşmanın maraqlı alınmasıdır”.

Ramin Musayev Region Liqasında mübarizə aparan komandaların Azərbaycan kubokunda iştirak etməməsinə də toxunub:

“Region Liqasındakı komandaların Azərbaycan Kubokunda iştirakı bir az qeyri-peşəkar olar. Oradakıların hamısına peşəkar demək olmaz. Komandaların sayı çox olsa daha yaxşı olar, amma peşəkarlıq baxımından yaxşı olmaz. Torpaqlarımız işğaldan azad olunub. Həmin bölgələrin komandalarını inşAllah görəcəyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43