Kateqoriyasız

Namiq transferi gözlənilərkən… – “Bursaspor” millimizin başqa bir üzvünü transfer etdi

Namiq Ələskərov transferini heç cür bitirə bilməyən “Bursaspor” millimizin sabiq üzvü Ufuq Budaqla anlaşıb.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq “Altınordu”da çıxış edən 31 yaşlı sol cinah müdafiəçisi ilə yaxın günlərdə müqavilə imzalanacaq.

Qeyd edək ki, Ufuq Türkiyə karyerasında 170 oyuna çıxdı, 2 qol vurarkən, 11 assist etdi. Budaq “Boluspor”, “Samsunspor”, “Manisaspor”, “Kayserispor” kimi klubların şərəfini qoruyub. O, 17 dəfə milli komandamızın formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43