Dünyadan

“Napoli” “İnter”i kubokdan kənarlaşdırdı – VİDEO

İtaliya kubokunda 1/4 final mərhələsinin oyunlarına yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarımfinala vəsiqə uğurunda son matç “Napoli” və “İnter” klubları arasında keçirilib. 

Matçın taletini bir qol həll edib. Qonzalo İquainin matçın 90+3-cü dəqiqəsində vurduğu qol “Napoli”yə minimal hesablı qələbə qazandırıb – 1:0.

Qeyd edək ki, “Napoli” yarımfinalda “Latsio”, “Yuventus” isə “Fiorentina” ilə qarşılaşacaq.

3 fevral

İtaliya kuboku, 1/4 final

“Napoli” – “İnter” – 1:0

Qol: İquain, 90+3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43