Kateqoriyasız

Naxçıvan səfəri öncəsi: öncə şad, sonra bəd xəbər

Premyer Liqanın V turu çərçivəsində “Araz Naxçıvan”la qarşılaşacaq “İnter” bu gün məşqlərini bərpa edir.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Bank klubu ayın sentyabrın 11-də Naxçıvana yola düşür.

Komandanın heyətində bir zədəli futbolçu var. “Bankirlər”in təcrübəli qapıçısı Elşən Poladov yoxlama matçında barmağından zədə alıb. Buna görə də, Poladov “İnter”ə kömək edə bilməyəcək.

Uuzun müddətdir ki, zədədən əziyyət çəkən Sezar Meza Kolli artıq fərdi məşqlər keçir. Sxadadze şans vercəyi təqdirdə futbolçu Naxçıvanda meydana çıxa biləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43