Milli komanda

Rəşad Sadıqov: “Bu barədə danışmaq istəmirəm”

Milli komandamızın kapitanı Rəşad Sadıqov “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sabah Bolqarıstanla keçiriləcək oyun haqda jurnalistlərin suallarını cavablandırıb.

-Sabahkı oyunda müdafiə komandamızın xətti necə qurulacaq?

– Heyətlə bağlı bütün qərarları baş məqşçi verir. Adətən mərkəzdə Rasim Ramadanovla oynamışam. Heç vaxt Bədavi Hüseynovla milli komandada oynamamışıq. Bu dəfə isə onunla birgə çıxış edə bilərəm. bir oyuna görə müdafiəçilər haqda hökm vermək olmaz. Qıraqdan baxanlar oyunumuza daha yaxşı qiymət verə bilər. Zəif oynadığımı deyirlərsə, deməli, elədir.

– Rusiya ilə oyun asan olar, yoxsa Bolqarıstanla?

– Bu barədə danışmaq istəmirəm. Bunun sabah oyun göstərəcək.

–  Çoxları millimizin zəif oyununda legionerləri günahlandırır?

– Son seçmə mərhələdə Rüfət Dadaşov beş qol vurdu. Ufuk Budaq bizə çox faydalı oldu. Bütün yeni futbolçular da hərhalda kömək edir. Deməzdim ki, legionerlər komandada ab-havanı korlayır. Yerli futbolçular arasında da anlaşılmazlıqla rolur. Klublarda da bunun şahidi

oluruq. Milli komanda bir ailədir. Biz bir-birimizə güvənməliyik.

Sabahkı oyunda stadiona çoxlu azarkeş gələcəyinə inanırsan?

– Son rəsmi oyunumuz uğurlu alınıb. Azarkeşlər bizim ev oyunlarında yaxşı nəticə qazanacağımıza inanırlar. Sabah məğlub ola da bilərik. Əsas odur ki, yaxşı oyun sərgiləyək. Başa düşürük ki, sabah çox məsuliyyətli olmalıyıq. Rəqibimiz güclüdür, onların yaxşı heyəti  var. Onlar bizdən güclü sayılır. Ancaq sabah meydanda bunun əksini göstərməlyik. Azərkeşlərə sözüm odur ki, məğlub olsaq belə, bizi dəstəklmək lazımdır. Bizdə belədir ki, uduzuruqsa, oyunun 60-cı dəqiqəsində artıq azarkeşlər istefa şüarları səsləndirir. Biz qol vurduqdan sonra isə dəstək başlayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43