İdman

Naynqolan: “Əvvəlcə elə bildik, asanlıqla qələbə qazanacağıq”

“Bilirik ki, yaxşı oyun göstərməmişik. Ancaq əsas odu ki, qalib gələn tərəfik”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Roma”nın futbolçusu Raca Naynqolan deyib. “Qarabağ”lı oyunu dəyərləndirən belçikalı futbolçu 3 xalın əhəmiyyətinin onlar üçün böyük olduğunu vurğulayıb:

 “Oyuna çox yaxşı başladıq. Startda 2 erkən qol vurduq, 3-cü dəfə də fərqlənə bilərdik. Amma olmadı. Biz öz oyunumuzu göstərə bilmədik. Hava və digər faktorları buna səbəb oldu. İrəli baxmalı və daha yaxşı çalışmalıyıq. “Qarabağ”la qarşılaşmada 3 xal bizim üçün vacib idi. Əvvəlcə elə bildik, asanlıqla qələbə qazanacağıq. Bəlkə də nəyisə düzgün qiymətləndirməmişdik. Hər halda, əsas məsələ odu ki, Romaya 3 xalla qayıdırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43