İdman

Nazarovun baş məşqçisi qovuldu

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Ertsebirge Aue” komandasının baş məşqçisi Tomas Letş istefaya göndərilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, II Bundesliqada mübarizə aparan Aue təmsilçisi qarşılıqlı razılaşma əsasında 50 yaşlı mütəxəssisin 2020-ci ilə qədər olan müqaviləsinə xitam verib.

Qeyd edək ki, Tomas Letş iyunda Domeniko Tedeskonun “Şalke”nin sükanı arxasına keçməsindən sonra “Ertsebirge”nin baş məşqçisi təyin olunub. Auelilər 24 turdan sonra 28 xalla 14-cü pillədə qərarlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43