Milli komanda

Nazim Süleymanovun sözünü tapdaladı, “fair-play” qaydalarına tüpürdü, ara qarışdı

Bu gün 19 yaşadək futbolçular arasında AVRO-2016-nın seçmə mərhələsinin V qrupun ikinci matçına çıxan millimiz Türkiyəyə 0:1 hesabı ilə məğlub oldu.

İdmanxeber.com-un məlumatına görə, "Bayıl Arena"da baş tutan matçın son dəqiqələrində iki komandanın üzvləri arasında gərginlik yaşanıb. Nəticədə hakim ikinci sarı vərəqə ilə rəqibinə qarşı sərt oynayan Elnur Cəfərovu meydandan qovub. Buna kimi isə E.Cəfərov "fair-play" qaydalarına tüpürüb. Gənc futbolçu komanda yoldaşı zədələndikdən sonra türkiyəli futbolçunun meydandan kənara vurduğu topu onlara qaytarmalı olduğu halda oyunu davam etdirib. Nazim Süleymanov Elnura: "Topu onlara qaytar" – deməsinə rəğmən futbolçu öz bildiyini edib.

Bu isə "ay-ulduzlular"ın futbolçu və məşqçi heyətini bərk əsəbləşdirib. Hətta Türkiyə millisinin baş məşqçisinin köməkçisi "Bravo sizə, bravo" deyərək, kinayəli formada futbolçularımızı alqışlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43