Ölkə kubokunda yarımfinala vəsiqə qazanan “Neftçi”də üzlər gülür. “Zirə” üzərində möhtəşəm qələbə düşərgədə gözəl ab-hava yaradıb.
İdmanxeber.com-un məlumatına görə, prezident Orxan Hüseynzadə son vaxtlar inamlı çıxışı ilə komandanın uğurlu çıxışında xüsusi paya sahib olan 4 futbolçunu ikiqat sevindirib. Onun göstərişi ilə Rəşad Sadiqov, Rəhman Hacıyev, Rəşad Əzizli və Mirabdulla Abbasovun maaşı artırılıb.
Hüseynzadə həmçinin gənc Ömər Buludovun ailəsini sevindirib. Tərlan Əhmədovun əsas komandaya cəlb etdiyi 16 yaşlı istedadlı gəncin məvacibinə əlavələr olunub (Sportinfo.az).