Kateqoriyasız

“Neftçi” azarkeşlərinin Naxçıvan planı

Bildiyiniz kimi  oktyabrın 23 də Naxçıvanda Super Kubok oyunu baş tutacaq. Düzdü klub rəsmi olaraq Naxçıvana azarkeş aparmasa da “Forza Neftçi” öz hesabına bu oyuna yollanır. Belə ki, sabah səhər saatlarında 20 “Forza” fəali yola düşəcək. Bu barədə fan qrupdan xəbər verlib.

“Forza Neftçi” Naxçıvana əli boş getmir belə ki, Naxçıvanda olan azarkeşlərimiz üçün  Bakıdakı bütün üzvlərin forması toplanılıb və 250 ədəd forma şarf hədiyyə olaraq naxçıvanlı “Neftçi” fanatlarına aparılır. Bundan əlavə iki banner “Neftçi “Araz Naxçıvan”a Azərbaycan Futbolunda uğurlar Arzulayır” və “Neftçi Naxçıvanı salamlayır”  yazılıb. “Forza” stadionda ifa etmək üçün baraban və digər atributları da özü ilə aparır.

Qeyd edək ki, Naxçıvanda olan “Neftçi” fan-qrup rəhbəri olan Hüseyn bəylə əlaqə saxlanılıb və o, bildirib ki, artıq 1000-ə yaxın “Neftçi” fanatı Bakıdan gələcək “Forza”ları gözləyir 10 nəfər təyyarə ilə, yerdə qalan 10-15 nəfər isə avtobusla yola düşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43