İsrailin “Aşdod” komandasının futbolçusu Ataa Caber karyerasını Azərbaycanda davam etdirə bilər.
İdmanxeber.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə “Neftçi” maraqlanır. Bu barədə İsrail mətbuatı məlumat yayıb. “Ağ-qaralar” dayaq yarımmüdafiəçisi ilə danışıqlar aparır.
Ataa ötən mövsüm “Aşdod”la 30 oyunda 2 qolla yadda qalıb.
Futbolçu İsrailin U-21 yığmasında 8 matça çıxıb və 2 qola imza atıb. Ataanın “transfermarkt”da dəyəri 250 min avrodur.