Kateqoriyasız

Giqqz Uels millisindən göndərildi

Rayan Giqqz Uels milli komandasının baş məşqçi postundan ayrılıb.

Komanda.az xəbər verir ki, Uels Futbol Assosiasiyası (FAW) 49 yaşlı mütəxəssisin iyunun 20-də verdiyi müvafiq açıqlamanı təsdiqləyib.

FAW Giqqzin qərarının ölkə futbolunun maraqlarına cavab verdiyini bildirib. Qurum hazırda milli komandanın bütün diqqətinin Qətərdə keçiriləcək dünya çempionatına yönəldiyini vurğulayıb. Mundial 21 noyabr – 18 dekabrda təşkil olunacaq.

Giqqz 2020-ci ilin noyabrında keçmiş sevgilisinə hücumda ittiham olunub. Məsələ ilə bağlı araşdırmalar başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43