Ölkə futbolu

Portuqaliyalı futbolçu Azərbaycan klubunda

Transfer çalışmalarını davam etdirən “Səbail” daha bir futbolçu ilə müqavilə bağlamağa yaxındı.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu portuqaliyalı Goba Zakpanı heyətinə qatmağa yaxındı. 29 yaşlı vingerlə danışıqlar son mərhələdədi və onunla yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Zakpa karyerasının böyük hissəsini Portuqaliya çempionatında keçirib. Onun son komandası Kipr “Etnikos”u olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43