21 Dekabr 2024
Kateqoriyasız

“Neftçi” ilə oyun öncəsi “Aris” bu xəbərə üzüldü

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan  “Aris” (Kipr) ciddi itki ilə üzləşib.

İdmanxeber.az xəbər verir ki, komandanın futbolçusu Karol Struski zədələnib.

21 yaşlı yarımmüdafiəçi Ukrayna “Dnepr”ı ilə yoxlama oyununda (4:2) sıradan çıxıb. Polşalı futbolçunun körpücük sümüyü sındığı üçün əməliyyat olunub. O, 3 ay müddətində meydana çıxa bilməyəcək. Bu da o deməkdir ki, Struski “Neftçi” ilə oyunları buraxacaq.

Qeyd edək ki, “Neftçi” “Aris”lə ilk oyununu iyulun 21-də səfərdə, cavab görüşünü isə iyulun 28-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43