Kateqoriyasız

Azərbaycanlı hakim Konfrans Liqası matçını idarə edəcək

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Konfrans Liqası II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rapid”  – “Lexiya” görüşünü idarə edəcək.

Məsiyevin köməkçiləri Elşad Abdullayevlə Pərvin Talıbov olacaq. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 21-də keçirələcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43