“Neftçi” PFK daha bir transferi reallaşdırıb.
idmanxeber.com-un məlumatına görə, futbolçu Əziz Quliyevlə ilyarım müddətinə müqavilə bağlanıb. Azərbaycan milli komandasının da şərəfini qorumuş futbolçu bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
“Mənə “Neftçi” kimi iddialı klubda çıxış etmək şansı verildiyi üçün şadam. Çalışacağam ki, oyunumla həm kluba faydalı olum, həm də yenidən milli komandaya dəvət alım”.