Kateqoriyasız

“Neftçi”nın ÇL macərası başa çatdı

“Neftçi” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununa çıxıb.

Səfərdə minimal hesabla məğlub olduğu “Olimpiakos”u qəbul edən “ağ-qaralar” mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi. Ancaq paytaxt təmsilçisi buna nail ola bilməyib. Samir Abasovun komandası yenə minimal hesabla məğlub olub – 0:1.

“Neftçi” yoluna Avropa Liqasında davam edəcək. Komanda bu turnirin III təsnifat mərhələsində Finlandiya çempionu HİK ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası
28 iyul

21:00. Neftçi – Olimpiakos – 0:1
Qol:
 Masuras, 19

Baş hakim: Rikardo de Burqos (İspaniya)
Bakı. “Bakcell Arena”.
İlk oyun – 0:1

“Neftçi”: 30. Aqil Məmmədov,  26. Ömər Buludov,  3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 14. Romen Bask, 36. Mamadu Kane, 11. Harramiz Suareş,  8. Emin Mahmudov (k),  29. Sabir Buqrin,  24. Yusuf Laval, 10. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə,  4. Basto,  19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

“Olimpiakos”: 88. Konstantinos Tsolakis, 3. Ruben Semedu, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Giorqos Masuras, 24. Husseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matyö Valbuena, 66. Pape Sisse. 90. Vasilis Surlis
Ehtiyat oyunçular: 1. Vaçlik, 44. Kararqiris, 11.El-Arabi, 12. Bah, 17.Vruasi, 20.Çumiç, 34. Papadopulos, 53. Nikolis, 55. Liaços, 97. Randjeloviç
Baş məşqçi: Pedru Martinş


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43