Kateqoriyasız

“Neftçi” onun transferini rəsmən açıqladı

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Paytaxt təmsilçisi Azərbaycan milli komandasının futbolçusu Azər Salahlı ilə 2,5 illik müqavilə bağlayıb. 27 yaşlı müdafiəçi “Neftçi”nin heyətində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, son klubu “Keşlə” olan Azər Salahlı “Qarabağ” (2015-2017) və “Sumqayıt” (2016-2018) komandalarında da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43