Kateqoriyasız

“Neftçi”nin futbolçusu “Keşlə”də – Rəsmi

“Neftçi” futbolçusu Fəhmin Muradbəylini icarəyə verib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, anlaşmaya əsasən, 25 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək “Keşlə”də çıxış edəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Fəhmin Muradbəyli 2013 – 2018, 2020-2021-ci illər ərzində “ağ-qaralar”ın heyətində 94 oyunda meydana çıxıb və 8 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43