Premyer Liqa

“Neftçi” – “Qarabağ” oyununun biletləri bu tarixdə satışa çıxarılacaq – RƏSMİ

TPL-in 24-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununa biletlər sabah satışa çıxarılacaq.

İdmanxeber.com-un klub saytına istinadən verdiyi xəbərə görə, fevralın 28-də keçiriləcək oyuna biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək olar.

Adi yerlər üçün biletin qiyməti 1 manat, VIP yerlər üçün isə 5 manatdır. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43