Ölkə futbolu

“Qarabağ” və “Səbail” qalib gəldi – YENİLƏNDİ

Azərbaycan Premyer Liqasında XXV tura bu gün yekun vurulacaq.

İdmanxeber.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında autsayder “Qəbələ” “Səbail”i qəbul edib. İlk hissə ev sahiblərinin üstünlüyüylə bitib -2:0. İkinci hissədə geri dönüş etməyi bacaran “dənizçilər” sonda qələbəyə sevinib – 2:3. Bölgə klubu 15 xalla sonuncu yerdədir. “Səbail” isə xallarını 37-yə yüksəldərək 2-ci yerə yüksəlib.

Turun mərkəzi görüşü “Neftçi Arena”da keçirilib. “Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş “köhlən atlar”ın böyükhesablı qələbəsiylə başa çatıb – 1:4. “Neftçi” 36 xalla 3-cü, “Qarabağ” isə 60 xalla liderdir.

3 mart (bazar)

16:00 “Qəbələ” – “Səbail” 2:3

Qollar: Ürfan Abbasov, 13, Osama Xalayla 26 – Yusif Nəbiyev, 58, Rüfət Abdullazadə,  65, Nir Bardea, 90+1

Qırmızı vərəqə: Lukas Afriko, 41 (Qəbələ)

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

19:00 “Neftçi” – “Qarabağ” 1:4

Qollar: Ozobiç, 71 (pen.) – Nəriman Axundzadə, 47, Toral Bayramov, 60 (pen.), 90+3, Leandro Andrade, 90+7

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Neftçi Arena”

Turun öncəki qarşılaşmalarında bu nəticələr qeydə alınıb:

“Zirə” – “Turan Tovuz” 1:1

Qollar: Belajdi Pusi, 11 (0:1), Ceyhun Nuriyev, 62-pen. (1:1)

Qırmızı vərəqə: İssa Cibrila, 43 (“Zirə”)

“Sabah” – “Araz-Naxçıvan” 2:0

Qollar: Emmanuel Apeh, 54, Kahim Parris, 90+7

“Sumqayıt” – “Kəpəz” 1:3

Qollar: İsa Suliman, 80 – Vüsal Məsimov, 20, Mate Kvirkiya, 62, Rüfət Əhmədov. 90+5

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43