Ölkə futbolu

“8-ci oyunumuzdur ki, geridönüş edirik” – Şahin Diniyev

“Səbail”in baş məşqçisi Şahin Diniyev “Qəbələ” ilə oyunun ardından mətbuat konfransında görüşlə bağlı fikirlərini bildirib.

İdmanxeber.az mütəxəssisin fikirləri ilə sizi tanış edir:

“Çox gərgin matç idi. Yaxşı komandaya qarşı oynadıq. Bizim ən böyük üstünlüyümüz əks-hücumlar idi. Sürətli oyunçularımız var. İlk hissədə istədiyimizi ala bilmədik. İkinci hissədə oyun sistemini dəyişdik. Komanda bu gün xarakter göstərdi. 8-ci oyunumuzdur ki, geridönüş edirik. Bu, məni sevindirir. Marafonun finişinə yaxınlaşırıq. Artıq 11 addım qalıb. İstəməzdim uşaqların əziyyəti hədər getsin. Hər komandanın xal itirmək ehtimalı var”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43