Kateqoriyasız

“Neftçi” – “Rapid” oyununun saatı açıqlandı

Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Neftçi” – “Rapid” (Avstriya) matçının saatı açıqlanıb.

İdmanxeber.az “Neftçi”nin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 4-də “Bakcell Arena”da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq.

Vyanadakı cavab görüşü avqustun 11-də olacaq. Bu matçın saatı hələlik açıqlanmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43