Kateqoriyasız

“Neftçi” üçün daha bir şok

“Neftçi” “Qəbələ” ilə oyun öncəsi daha bir ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un klubdan əldə etdiyi məlumata görə, Əziz Quliyev əyalət komandası ilə oyun öncəsi sıradan çıxıb. “İnter”lə oyunda əzələsini dartan “solaxay” futbolçunun “Qəbələ” ilə matçda oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, Məqsəd İsayev, Ernst Nfor, Flavinyo və Rauf Əliyev də “Neftçi”yə kömək edə bilmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43