Kateqoriyasız

“Neftçi” və “Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Son oyun günündə daha iki matç keçirilib. Əvvəlcə “Keşlə” səfərdə “Zirə” ilə qarşılaşıb. Matç meydan sahiblırinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Digər matçda isə “Neftçi” “Qəbələ”ni qəbul edib. “Ağ-qaralar” böyük hesablı qələbə qazanıb – 4:1.

Azərbaycan Premyer Liqası
XII tur

24 noyabr (bazar)

15:00. “Zirə” – “Keşlə” – 3:1
Qollar: Xulyo Sezar Rodriqes, 6, 11, Cavid Hüseynov, 35 – Ruslan Qurbanov, 45+4
Qırmızı vərəqə: Sezar Meza Kolli, 59

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Zirə İdman Komleksinin stadionu

17:00. “Neftçi” – “Qəbələ” – 4:1
Qollar: Soni Mustivar, 17, Ömər Buludov, 24, Stiven Monroz, 35, Vangelis Platellas, 90+2 – Amin Seydiyev, 90+5

Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43