“Neftçi” PFK-nın təlim-məşq bazasında Müşahidə Şurasının növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Müşahidə Şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş iclasda klubun gələcək fəaliyyəti, perspektiv planlar, seleksiya prosesi və “Neftçi” PFK-nın Avropa Liqasındakı çıxışı ilə bağlı ətraflı müzakirələr aparılıb.
Toplantıda “Neftçi” PFK-nın Avstriyada keçiriləcək təlim-məşq toplanışına və Avropa Liqasının təsnifat mərhələsi oyunlarına baş məşqçi Samir Əliyevin rəhbərliyi altında çıxması barədə qərar qəbul edilib.