Kateqoriyasız

«İnter» «Vətənpərvər Kuboku»nun qalibi oldu

Dünən “Vətən” RİOEUG futbol məktəbinin 2 yaş qrupu üzrə keçirdiyi Ümumrespublika “Vətənpərvər kuboku” – 2015 futbol turnirini başa çatdı.

İdmanxeber.com-un məlumatına görə, 2003-cü il təvəllüdlü futbolçuların iştirak etdiyi yarışda məktəbin eyniadlı komandası ilə yanaşı «Bakı», «Qarabağ, «Əlincə», «İnter» və «Təhsil» İdman Məktəbinin komandaları mübarizə aparırdı. 2003-cü il təvəllüdlü futbolçulardan təşkil olunmuş və dairəvi sistem üzrə keçirilən yarışın sonuncu turunda «İnter» «Bakı»ya 1:0 hesabı il qalib gələrək 12 xalla çempion adını qazandı. 2-ci yerə son turda «Qarabağ»ı məğlub edən (3:2) və 10 xal toplayan «Əlincə», 3-cü yerə isə 9 xalla «Bakı» çıxdı.

2004-cü il təvəllüdlü futbolçuların yarışında isə «Vətən» çempion, «Qarabağ» 2-ci, «Bakı» 3-cü oldular. Veteran futbolçular Arif Əsədov və Rauf Mehdiyevin qatıldığı təltifetmə mərasimində qaliblərə və mükafatçılara, həmçinin ayrı-ayrı nominasiyalarda fərqlənmiş futbolçulara kubok, diplom, medal və hədiyyələr təqdim olundu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43