16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışı başlayır.
Bu gün start götürəcək hazırlıqlarda 22 futbolçu çağırılıb.
İyulun 6-da başa çatacaq toplanış Bakıda keçiriləcək. Baş məşqçi Təbriz Həsənov 7 klubun üzvlərinə dəvət göndərib. “Neftçi” 5, “Qəbələ” və “İnter” hərəyə 4, “Bakı” ilə “Qarabağ” hərəyə 3 oyunçu ilə təmsil olunacaq: Kamran İbrahimov, Ərziman Rizvanov, Pilağa Mehdiyev, Bahadur Həziyev, Eşqin İsrafilov (hamısı “Neftçi”), Mir-Emil Həsənov, Kamran Əliyev, Ceyhun Muxtarlı, Nadir Qasımov (hamısı “İnter”), Murad Qayalı, Aqşın Hüseynov, Elvin İmanlı, Fərid Nəbiyev (hamısı “Qəbələ”), Əsgər Hüseynov (AZAL), Asim Abdullazadə, Məhərrəm Həsənov, Samir Əliyev (hamısı “Bakı”), Famin Əliyev, Məhəmməd Hüseynov, Nahid Zülfüqarov (hamısı “Qarabağ”), Yusif Həsənov, İbrahim Qədirzadə (hər ikisi “Xəzər Lənkəran”).