İdman

“Neftçi”dən ayrılan futbolçu ölkəsinə döndü

“Neftçi”dən ayrılan Fransisko Qarsiyanın yeni klubu bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “Qato” ləqəbli yarımmüdafiəçi karyerasını ölkəsi Paraqvayda davam etdirəcək. 27 yaşlı futbolçu “İndependiente” klubuna azad agent statusu ilə keçib.

Qeyd edək ki, Qarsiya “Neftçi”yə bu ilin yanvarında “Serro Porteno” klubundan keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43