İdman

“Neftçi”dən növbəti transfer

“Neftçi” daha bir transferini həyata keçirib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, xorvatiyalı futbolçu Slavko Braliçlə 1 il müddətinə müqavilə imzalanıb. 25 yaşlı mərkəz müdafiəçisi 28 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Şiroki Briyeq” (Bosniya və Herseqovina) olan Slavko Braliç Xorvatiyanın “Omladinas Vranyiç”, “Solin” və “Osiyek” komandalarında çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl cinah müdafiəçisi Tural Axundov, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43