Kateqoriyasız

“Neftçi”nin futbolçusu yığmaya çağırıldı

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də Bayıl stadionunda Norveç komandası ilə keçirəcəyi oyunla əlaqədar Bakı şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha bir futbolçu – “Neftçi” klubundan Emil Balayev dəvət olunub.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Balayev U-21-in heyətinə mayın 29-da qoşulacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43