Ölkə futbolu

Erik Ramosa Paraqvaya getməmişdən öncə “Neftçi”dən xəbərdarlıq – ÖZƏL

Flavinyo ilə müqavilənin müddətini daha 2 il müddətinə uzadan "Neftçi" indi də paraqvaylı futbolçusu Erik Ramosla yeni müqavilə imzalamaq niyyətindədi.

İdmanxeber.com-a daxil olan məlumata görə, "ağ-qaralar" icarə əsasında götürdüyü Erik Ramosla uzunmüddətli müqavilə bağlamaq niyyətindədi. Düzdü futbolçunun "Neftçi" ilə hələ 6 aylıq müqaviləsi qalır. Lakin istirahət üçün vətəninə yollanan Ramosa elə getmişkən klubu ilə danışıb, bu məsələni yoluna qoymaq tapşırığı verilib. Məsələ burasındadır ki, Ramosun "Neftçi"yə qayıtmamaq variantı daha realdı. Onun paytaxt klubuna dönməməsi geri qayıtmasından daha realdı. Lakin səbr etmək qalır.

Ramosun hansı cavabla "Neftçi"yə dönəcəyi maraqla gözlənilir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43