Kateqoriyasız

“Neftçi”nin rəqibi dəyişdi: həmyerlimizin komandasına qarşı

“Neftçi” PFK-nın Antalya təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi üçüncü yoxlama oyunundakı rəqibi dəyişib.

İdmanxeber.com-un məlumatına görə, komanda Çinin “Guizhou Rehne” klubu ilə qarşılaşmaqdan imtina edib. Buna səbəb Türkiyənin “Elazığspor” klubundan gələn təklifdir. Beləliklə, komanda bu gün Bakı vaxtı ilə saat 19:00-dan etibarən futbolçumuz Cavid İmamverdiyevin icarə əsasında çıxış etdiyi “Elazığspor”la üz-üzə gələcək.

Qeyd edək ki, qarşılaşmadan öncə 20 yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və futbolçularımız oyuna qara sarğı ilə çıxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43